pages

Şəkil çəkmək


Həmişə bir şəkil çəkmək istəmişəm.Heç kimin bilmədiyi və istifadə etmədiyi rənglərlə rəngləmək istəmişəm.Xəyallarımı rəngarəng eləmək istəmişəm.İçimdəkiləri sığdırmaq istəmişəm ağ kağıza.
Hisslərimi gizlətmək istəmişəm buludların arxasında.
Bir şəkil çəkmək
Bir insanın hıçqırığını
Bir uşağın ağlamağını
Bir nənin gülməyini iştəyirdim şəkildə.

Bir şəkil çəkmək
Dəli kimi hər tapdığımı çaya atmaq
Deyilməsi lazım olan sözlərə qəbir qazmaq
Düşünclərimi qara rəngləmək istəyirdim.

Mən bir şəkil çəkib
Keçmişlə gələcəyə aid olan sualları bir qırağa atıb
Qəhrəmanlarımla sadecə o dəqiqələri yaşamaq istərdim.

Mən bir şəkil çəkib
Özümü başa salıb
Məni başa düşənlərə açmaq istəyirdim qapılarımı

Mən
Canlı bədənimi kağıza basdırıp
Sürünmək istəyirdim boş divarlarda!

0 cart-curt: