pages

Bilinmir


Gecə saat 03:15 olardı yuxudan oyanmışdı.Bir stəkan su içdi.Pəncərəyə yaxınlaşdı pərdəni bir az araladı.Çöldəki küçə lampasına gözü ilişdi.Sessizcə sakit veziyyətin bir hissəsi oldu.Birdən diskindi ağlına kim gəldi nə gəldi bilinmir.Siqaretini yandirdı pəncərəni bürüyən dumana nə yazdı nə qaraladı bilinmir.Arxasında bir kölgə yarandı amma qorxdu çönüb baxmadı.Sakitcə nəsə mızıldandı.Nə mızıldandı nə deməy istədi bilinmir.Cəsarətini yığdı və çöndü arxaya.Amma həmişə olduğu kimi yenədə gecikdi.Çünki kölgə çoxdan yox olmuşdu.Saatın tıq-tıq səsləri beynin bütün hüceyrələrini elə bil məhv edirdi.Dörd divar üstünə gəlməyə başladı.Ağladı,hıçqırıqlar dənizində boğuldu amma heç kim eşitmədi.Çölə çıxtı küçələrdə gəzməyə başladı.insanlardan,maşınlardan evlərdən,pişiklərdən,itlərdən qaçdı her şeydən və hamıdan qaçdı.Niyə qaçdı nə üçün qaçdı bilinmir.Çöndü arxaya qayıtmaq istədi amma hara qayıdacağınıda yaddan çıxartdı.Nələrsə axtardı amma tapa bilmədi.Nə axtardı niyə axtardэ bilinmir.

Bir neçə vaxtdan sonra özünü burda tapdı .Harda tapdı?nə vaxt tapdı?niyə tapdı?nə cür tapdı? Bilinmir!!!!!

0 cart-curt: