pages

Faişənin əl yazması


Aylardan yanvar bəlkədə fevral.Günlərdən hər hansı bir gün.Yaşamayandan sonra nəyə lazımdı təqvimə baxmaq?!Nə mənası var qəlb atışlarımın,nəfəs almağımın.Yaşayan bir bədən hər dəqiqə yekə qarınların atılmağa hazırdı altına.Ruhum yoxdu bəlkədə amma istidi bədən hələdə.Mənsiz mənliyimdə yaşayıram.Ruhum indidən basdırılıb ən ortasına cəhənnəmə.Amma indi tək hiss elədiyim soyuqdu.Çaqqlar kimi doluşdular üstümə.Eqrebler kimi sancıdlar.Hər gün hər an hər saniyə öldürülmək,işgəncə çəkmək.Ən pisi isə hələdə ölməməydi.Axırı gəlməyən bəlkədə heç vaxt axırını görə bilməyəcəm bu oyunun amma bir şeyi dəqiq bilirəmki mən çoxdan uduzdum.İlk başlardan hər şey çox yaxşı idi.Amma sonra noldu.Niyə belə ədalətsizliyin ıçində boğuldum.Yadımdadı ilk dəfə məni tutub bura gətirəndə bütün qızlar necə qibtə ilə baxırdılar mən isə lənət yağdırırdım aynadakı mənə.Gözəlliyimə hamısı heyran olmuşdu.Kaş bu qədər gözəl olmazdım.Kaş bu qədər biqeyrət mənə tamah salmazdı.Onda məndə indi burda olmazdım.Öz ailəmi qurardım.Hər axşam qarşılayardım ərimi.Amma aldandım düşdüm derin quyuya.İndidə yoxdu kömək mənə.Gediləcək yol çox uzundu utancaq addımlarla.Bu yolda oldu mənə dost qarğalar.Səssizliyin səsindən daha yaxşıdı onların səsi,olmayan dostunyerini alır qanad çırpıntıları.Heç birinin qiyməti yoxdu onlar nədisə gözümdə məndə elə oyam onların zülmətlə örtülmüş gözlərində.Bəzən məhlədə olanda qadınların məni eyri nəzərlərlə baxır hər baxışda sanki üzümə tüpürüb bütün söyüşləri söyürlər.Hə bilirəm düz eliyirlər layiqəm bunlara.Bir dəfə yanlarından keçəndə içlərindən biri dediki heç mənim ərim bunun üzünədə tüpürməz.Halbuki bunu deyənin erinin nə vaxtsa şeytanı yoldan çıxartsa yanıma gələr.Ta ki şeytanını öldürənəcən.Amma qayıdıb necə onu bunu deyim.Axı istəmirəm bir günahda burdan qazanım.
Əslində 2 il bundan qabaq hər şey çox yaxşı idi.Amma artıq özümüdə öldürə bilmirəm.Bəlkədə çox sadə bir işdi.Silahlada ola bilər,üç-beş həblədə yadakı dırmaşa bildyim qədər yuxarıiya və ordanda özümü bıraxmaq asfalta.Amma bir bədəndə döyünən iki can.Ona görədə edə bilmirəm.Körpəmə qıya bilmirəm.

0 cart-curt: