pages

Və sən ağlayacaqsan


Deyirdim sənsiz yaşaya bilmərəm.Əslində bunu elə danışmaq xətrinə demişdim.Sən getdin elə də hiss olunacaq dəyişiklik olmadı.Sən gedəndən sonra bir dəfəlik toz basmış ürək qapılarımıı bağladım.Belə daha rahatdı həm cismimə həm ruhuma.Siqaret dumanı çökmüş otaqdan sənsizlik ətri gəlir.Bu sənsizlik ətri hər saat ötdükcə daha da kəskinləşir.Məni mənli dünyamdan alır ağlımı itirirəm və elə hey keçmişə dartır.Axır vaxtlar lap avara olmuşam.Həçnə eləmək istəmirəm.Ən sevdiyim məşquliyyət yazmaq,onunla da ögey qardaş kimi olmuşam!Qarışıb hər şey,dağılıb birgə qurduğumuz puzzle.Əksin itib birgə çəkdirdiyimiz şəkillərdən.Bəlkə də adını bilmədiyim,o,səni mənim ki ürəydən qucağlamayacaq.Sən onu mənim kimi öpə bilməyəcəysən.Onunla olanda belə yuxularında mənimlə ona xəyanət edəcəysən!Xəstələnəndə belə mənim adımı sayıqlacaqsan.Bəlkədə oğlun olsa mənim adımı qoyacaqsan.Bilirəm gec ya tez yenidən mənə qayıdacaqsan.Amma mən bu şəhərdə olmuyacam.Elə indi gözlədiyim smsləri yada zəngləri ondan edəcəksən,mən sənə hər gecə sevgi şeirlərləri yazdığım həmin şair ruhlu nömrəmdə də olmuyacam.Otağında ağlayacaqsan o biriləri kimi mənə görə.Son ümüdlə Facebook səhifəmə başqa qız adıyla girib mənimlə danışmaq istəyəcəksən.Düşündükcə sənin bu cəhdlərivin boşa çıxmasına hüzünlənirəm.Hə mən o hesabımı da bağlayıb bütün bu sənli xatirələrimi bu şəhərdə basdırıb rədd olub gedəcəm!Getdiyim şəhərdə ilk işim sənə bənziyən qız tapmaq olacaq.Gülüşüdən tutmuş göz rənginə kimi.Mən qayıdacam.O vaxta qədər 2-3 kitabım çıxacaq.Yazdığım hər sətirdə sən olacaqsan.Sənli xatirilərim olacaq.Sən onunla sevişdiyin hər gecə onun cismində məni canlandıracaqsan.Adamı çəkib sevirəm səni diyəcəksən.O hirslənəcək,bütün ehtirası öləcək.Hələ qısqanc olsa sənə bir yumruğda ilişdirəcək.Və sən ağlayacaqsan göz yaşların dodoqlarından axan qana qarışacaq.Bu ağlamaq sənə məni xatırladacaq.Mənə görə ağlamağıvı xatıraladacaq.Oyuncağını qırdığı üçün peşman olmuş uşax kimi səni o vaxtlar sakitləşdirməyimi xatırlacaqsan!
Bir gün O işdən gələcək.Sən və mənim adımı qoyduğun oğlun həmişə olduğu kimi onu qapıda qarçılayacaqsız.Sən onu qucaqlayıb öpəcəksən.Sonra səhərdən əllləşib bişirdiyin və bir azda yandırdığın yeməyi yeyəcəksiz.
Hər dəfə olduğu kimi qonaq otağına keçəcəksiz.evin kişisi kimi pult onda olacaq.Sən mətbəxtdə o zibilə və oğluva çay süzüb gətirəcəksən!.Dərsini yazan oğluva çayı içizdirib.Həmin o zibil ərivin saçlarını tumarlayacaqsan.Adəti üzrə baxdığı darıxdırcı yazarlar olan kanala çevirəcək!Sən yenə deyinəcəksən!Yorulub susacaqsan!İstəməyərək maraqsız və darıxdırıcı nəzərlərlə verlişin sonunu gözləyəcəksən.Birdən həmin verlişdə məni görəcəksən.İlk öncə gördüyün məni mənə oxşatdığıvı fikirləşəcəksən.Məni təqdim edəndə isə oturduğun yerdən tullanacaqsan!Bu odu,odu deyə həyacanla qışqıracaqsan.O və mənim adıma sahib olan oğlun donmuş nəzərlərlə sənə baxacaqlar.Bu baxışlar sevincivin səbəbəbini soruşurcasına sənə zillənəcək.sən isə bir bəhanə tapıb sinif yoldaşın olduğumu deyəcəksən.Diqqətlə yüksək səsdə həmin verlişə axıra qədər baxacaqsan.
Mənim kitbalarım çox satılmasının səbəbini isə uğursuz heyatımın mənə bəxş etdiyi istedatla açıqlayacam.!sən isə həmin gecə məni fikirləşəcəksən!Sənin kiçik xoşbəxt ailəndə mənə görə muharibələr başlıyacaq.Siz ayrılacaqsız.Və o səndən oğlunu alacaq.Sən bu həyatda tamam tənha qalacaqsan.Bütün günü mənim kitablarımı oxuyaraq günüvü başa vuracaqsan.
Yeni kitabımı almaq üçün kitablarım satılan mağazaya gedəcəksən.Həmin gün məndə satılan kitabların pulunu götürmək üçün tərslikdən həmin mağazaya girəcəm.Ətrafda hər şey donacaq.Əqrəblər belə bu ana hörmət olaraq hərəkət etməyəcək.Sonra biz hansısa kafeyə gedib söhbətləşəcik.Heyatın necə gedir sualına isə sənə inad evli olmuya-olmuya evli olduğumu
deyəcəm.Və hər şeydən çox sevdiyim arvadım var deyə onu 5-10 dəqiqə tərifləyəcəm.Özümdən bir qızımın olduğunuda uydurub qızımı çox sevdiymidə deyəcəm.Və səndə məndə bu sualı eşıdəndə ayrıldğıvı gizlədib onunla məndən olduğundan çox xoşbəzt olduğuvu deyəcəksən.Sonra sən evə getməli olduğuvu deyib məndən yenə ayrılacaqsan.Və bir daha taleh bizi görüşdürməyəcək!.

Bizim yarımçıq romandan 2 il keçdi.Talehim deyişdi adi oğlan oldu yazar.İndi mənim önümdə açıq bütün qapılar.Sənin o vaxt axtardığın hər şey var məndə.Şöhrət və şan sevgi hamısını sənə verə bilərdim.Girdiyin saytlarda mən,küçələrdə mən,rəfiqələrinin çoxsu gözlüyür məndən bircə zəng,evdə mən,çöldə mən,radio dalğalarda mən ama heyif mənim heyatımda heç yoxsan sən.Niyəsə mümkün olmadı səni unutmaq hər yazdğım hekayədə var sənə aid bir misra.
Bəzən sevər insan ..
Səhv edir.
Sevmeye başqasından başlamışdır çünki.
Ayna qarşısına keçib bir dəfə belə sevgisini ifadə etmədən,
Başqasının qarşısına keçir.
Sevdikcə özünü unudar insan ..
Başkalaşır,
Getdikcə azalır,
bitər.
Tam hər şey o vaxt başlayır.
Özündən başlayır,
Bir daha sevər,
Bəli, insan 2. dəfə sevər.
Amma birincisi kimi sevər
Adlar dəyişir yalnız
Eyni xəyalları qurar
Bir qız uşağının olmasını istər,
Amma o istəməz.
Baş-başa bir yemək yemək istər,
O isə istəməz.
Əlindən tutub gəzmək istərsən,
O isə istəməz.
İstəməz ..
Gün gələr səni belə istəməz,
Geder ..
Bəli gedər.

Ayrılıqlar yaşayır insan,
Atar çiyininə pencəyini çıxıb gedər,
Bəzən üzünə qapı çırpılar, başqaları gələr.
Geder ..
Anası ölər məsələn gedər,
Ümidi kəsər bəzən insan, eləcə donub qalar
Elindəkilərlə kifayətlənər
Şəhər qəbiristanlığına gedər,
Torpağı qucaqlayar,
Özünü qucaqlayar,
Bəzən özünü belə qucaqlamaz insan
Özündən belə gedər
Öz izini itirər.


İnsanlar gülməyi ağlamağı öyrəndiklərindən bəri qəribə hal aldılar.

Bilirsiniz bəzən ölər insan?!.
Xeyr təklikdən danışmıram ..
Həqiqətən ölər insan,
Gedər.

0 cart-curt: