pages

Pəri tozu




Yalnız ondan savayı bütün uşaqlar böyüyəcək
Yalnız ondan savayı bütün uşaqlar qocalacaq və öləcəklər.(Peter Pan)
Mən hələ o vaxt böyüməmişdim-Nə hava çirklənmişdi nədə xəbərlərdən sonra hava proqnozu verilirdi.
Uşaq idim,mən nağıllara inanırdım.Əksinə böyüməmək üçün gecələr gözümü yumub xəyala belə dalmazdım.Pəncərə qarşısında hər gecə Peter Pani gözlüyərdim.
Mən hələ böyüməmişdim-xəyallarımdan qəsrlər,həmin qəsrlərə arzularımdan yollar və körpülər tikərdim.İlk şəkil albomuma çox sadə xətlərlə düşüncələrimi çəkmişdim.İndi isə o sadə olmuş düşüncələrin keçdiyi cismin biləklərinə ülgüclə xətlər çəkib mozaik həyat albomumu ahəngdar surrealist rəssam peşakırlığı ilə al-qırmızılarla rəng qatıram.
Həmişə o pəncərədən aya baxardım.Axı oxuduğum nağıllarda Peter Pan o istiqamətdən gələrdi.O sehrli dünyaya mənidə aprmağını istəyirdim.Günəşin ayı əvəz etdiyi zamanlarda,ayı səbirsizliklə gözlüyürdüm.Elə o zamandanda Günəşə nifrət yarandı.Bu pox həyatda,bir zibilə dəyməyən talehimdə möcüzə olmadı.Peter Pan gəlmədi.Amma mən onu hər gecə gözlədim.O yenə gəlmədi.O gələcək diyərkən artıq mən böyümüşdüm.Eyni partada da oturduğumuz qızın mənə sevdiyini deyəcək qədr böyümüşdüm.Sevmədiyim halda,heç sevginin nə demək onun mahiyətinin nə olduğunu,Romeonun niyə dəli kimi sevdiyini dərk etmədən ona məndə sevirəm dedim.Elə o vaxtdan bu zibil,lənətə gəlmiş sevginidə öyrənmədim!Ona peter Pan haqqındada danışdım.O isə mənə güldü və əlavə elədi ki,belə möcüzələr yalnız nağıllarda olur.Ən dəhşətlisi isə onun yenidən gülməyi idi.Hirslənmişdim onun belə reaksiası məni məhv etmişdi.Heç düşünmədən vurdum onu.O,ağlaadı..............
O qancıq yenə sinifə gəldi.Onun ağlamağını gördü.Səbəbi öyrənmək üçün dəridən qabıqdan çıxırdı.Bizim oturduğumuz partadan solda yerləşən və 3cü partda oturan,eynək taxan,axmaq siması olan saçları heç vaxt daranmayan pinti qızcığaz,mənim vurduğumu dedi.O qancıq ləçər məllimə cildində ki faişə üstümə gəldi,məni köhnə lövhənin qarşısına çıxartdı.Düşünmədən ağlına nə gəldi deyir və məni cümlələr toplusu ilə əzirdi.hətta vurmaq belə istəyirdi...
Əsl şou isə mənim üzr istəmyimi istəyəndə başalandı.Sinifimizin ən gözəl qızı yəni sevgilim gözündən axıb yanaqlarında ilişib qalan yaş damlalarını sildi və buna ehtiyac olmadığını dedi.
O ləçər isə üzürün inadında idi.İlk dəfə elədiyim hərəkətə görə məndən əhv diləyəmi istiyirdilər.
O,zaman bütün uşaqlar, edama yığılıb məhkumun ölümünün böyük ehtirasla istəyən kütlə və o qancıq isə bu ehtirası ölüm ilə onlara verən cəllad kimi canlanırdı ğözümdə.Amma mən Peter Penə laiq olacaqdım və o,ləçər mənim ağzımdan bağışlanmağa dair bir söz belə eşıtməyəcəkdi....!
-Dərs oxumaq əvəzinə mən onun nağılını oxuyurdum.Birdən qapı aralandı.Qapının arxasında olan varlığın Peter Pan olduğunu bilirdim.İnanırdım ki,odu.Yenə səhv etmişdim anam idi...O,ləçər hər şeyi danışmışdı ona.O isə səbəbini öyrənmək istədi.Məndə ona hər şeyi olduğu kimi danışdım.O isə sadecə başını yelliyibb çox nağıl oxudğumu deyib kitabıda özüylə aprdı..Və həmin gecədə onu gözlədim...!
Artıq həmin hadisələrdən bir neçə il keçmişdi.Və dahada böyümüşdüm.
O qız yəni ilk sevgilim bu şəhərdən,o ləçər məllimə isə bu dünyadan köçüb getmişdi.çox mənasız keçən günlərdən biri idi.Yatmaq üçün otağa girəndə,otaqda xususi bir qab gördüm.Cəld hərəkətlə açdım.Onun içində bəlkə sizdə mənə inanmayacaqsız ama pəri tozu var idi.

Onun tapdığı pəri tozu,onu Never-landa aparara bilərdi
amma o,artıq ətrafındakıların ona axmaq kimi baxmasından bezməsə
Və həmin pəri tozunu dənizə atmasaydı...

0 cart-curt: